PFL rəsmisi: "50-ci Baş Assambleyada Azərbaycan futbolundakı yeniliklərlə bağlı məlumat verdik"

PFL rəsmisi: "50-ci Baş Assambleyada Azərbaycan futbolundakı yeniliklərlə bağlı məlumat verdik"

Burada bir sıra fərdi görüşlərdə iştirak edərək, müxtəlif ölkələrdən gələn nümayəndələrlə fikir mübadiləsi apardıq. Görüşlər zamanı qarşı tərəfi Azərbaycan futbolunda baş verən yeniliklərlə bağlı məlumatlandırdıq.

Bunu "QELEBE.AZ"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Almaniyanın Frankfurt şəhərində Avropa Liqalarının (European Leagues) 50-ci Baş Assambleyasında iştirakı ilə bağlı danışarkən deyib.

O, PFL-in 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvü olduğunu xatırladıb:

"Bu müddət ərzində Avropa Liqalarına daxil olan tərəfdaşlarla sıx əlaqədəyik. Bu Liqalarda tətbiq edilən yeniliklərlə bağlı təcrübənin öyrənilməsi daim diqqət mərkəzindədir. Çünki futbolun innovativ inkişafı qarşıya qoyulan əsas hədəflərdən biridir. Biz də çalışırıq ki, Avropa Liqalarının həyata keçirdiyi bütün tədbirlərdə istər onlayn, istərsə də fiziki şəkildə iştirak edək. Bu tip ənənəvi tədbirlərdən biri də Almaniyanın Frankfurt şəhərində keçirildi. Avropa Liqalarının (European Leagues) 50-ci Baş Assambleyasını önəmli edən bir çox məqamlar var idi. Bu tədbirdə İsveç Futbol Liqasının rəsmisi Klaudius Şafer Avropa Liqalarının prezidenti seçildi, Direktorlar Şurasının yeni heyəti açıqlandı və La Liqanın yenidən Avropa Liqalarına qoşulması rəsmiləşdi. Bizim üçün Liqanın tərkib hissəsi kimi səsvermə hüququndan istifadə etmək də xoş oldu".

E.Abbasov bu cür tədbirlərə qatılmağın onlar üçün prioritet olduğunu vurğulayıb:

"50-ci Baş Assambleyada bir sıra fərdi görüşlərdə iştirak edərək, müxtəlif ölkələrdən gələn nümayəndələrlə fikir mübadiləsi apardıq. Görüşlər zamanı qarşı tərəfi Azərbaycan futbolunda baş verən yeniliklərlə bağlı məlumatlandırdıq. Bu tip tədbirlərdə iştirak etmək Peşəkar Futbol Liqası üçün hər zaman prioritet məsələ olaraq qalacaq".

Futbol
Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Futbol
Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Futbol
Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib