Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi: "Kağız üzərində komandamız favorit görünür"

Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi: "Kağız üzərində komandamız favorit görünür"

Kağız üzərində komandamız favorit görünür.

Bunu "Report"a açıqlamasında Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov Avropa çempionatının I seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis qrupun nə asan, nə də çətin olduğunu söyləyib:

“Qrupda Litva, İngiltərə və Belçika ilə qarşılaşacağıq. Bizim üçün nə asan, nə də çox çətin qrupdur. Bu komandalar B Liqasında güclü sayılırlar. Kağız üzərində komandamız favorit görünür. Qrupda ilk üç yeri tutan komandalar superfinala vəsiqə qazanacaqlar. İnanıram ki, biz də növbəti mərhələyə keçəcəyik. Məqsədimiz qrupdakı hər üç oyunda qələbə qazanıb birinci yeri tutmaqdır”.

Baş məşqçi artıq hazırlığa start verdiklərini deyib:

“Bir həftədir hazırlığa başlamışıq. Əslində qışda da məşq edirdik. Lakin soyuq olduğu üçün məşqlərin sayı az olurdu. Artıq həftədə 3-4 məşqə çıxırıq”.

Qeyd edək ki, Avropa çempionatının I seçmə mərhələsində millimiz A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.

Futbol
Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Futbol
Konfrans Liqasının oyunu azarkeşlərin kütləvi davasına görə gec başlayıb

Konfrans Liqasının oyunu azarkeşlərin kütləvi davasına görə gec başlayıb

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək