“Neftçi”nin futbolçusu Monteneqro millisinə dəvət alıb
“Neftçi” klubunun futbolçusu Edvin Kuç Monteneqro millisinə dəvət olunub.
Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxaraq, 3 qol vurub.

https://mail.qalaba.az//uploads/photo/neftchinin-futbolchusu-monteneqro-millisine-devet-alib.webp











