UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Avrokubokların 1/8 mərhələsi başa çatdıqdan sonra UEFA ölkə reytinqlərinin siyahısını yeniləyib. 

QELEBE.AZ xəbər verir ki, yeni siyahıya əsasən, Azərbaycanın mövqeyi dəyişməyib. 

Ölkə 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.

29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.

Qeyd edək ki, siyahıya İngiltərə (109,982) başçılıq edir.