ABL: “Ordu” “Lənkəran”a, “Naxçıvan” “Abşeron”a qarşı
Azərbaycan Basketbol Liqasının XIX tur davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq.
B qrupunda “Ordu” “Lənkəran”la qarşılaşacaq. A qrupunda isə “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək.
Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, “Ordu” - “Lənkəran” görüşü saat 16:00-da, “Naxçıvan” - “Abşeron” matçı isə 19:00-da başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/abl-ordu-lenkerana-naxchivan-absherona-qarshi.webp