"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Bizi çətin və ağır oyunun gözlədiyini bilirik. Amma yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur matçından əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis komandanın hazır durumda olduğunu bildirib: "Demək olar ki, bütün futbolçular məşq prosesində iştirak edir. Voislav Stankoviç qarşılaşmaya tam hazır olacağına ümid edirəm. Görüşə hazırlıq yaxşı gedir".

Rumıniyalı baş məşqçi VIII turda "köhlən atlar"a 1:3 hesabı ilə uduzduqları görüşü xatırladıb: "Qarabağ"la matç bizə böyük dərs oldu və qarşılaşmadan nəticə çıxartdıq. Oyunun 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni oynamaq üçün səviyyəmiz və imkanımız var".

Regekampf "Sabah" və "Qarabağ"la əvvəlki oyunlarda vacib xallar itirdiklərini sözlərinə əlavə edib: "Öz matçlarımıza köklənməliyik. Bunu bacarsaq, titul üçün şansımız olacaq. Çempionat uzun marafondur".

Qeyd edək ki, dekabrın 2-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 21:00-da başlayacaq.

Futbol
"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

Futbol
Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Futbol
Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Futbol
Pelenin son durumu açıqlanıb

Pelenin son durumu açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

Futbol
Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib