Zümrüd Ağayeva UEFA Millətlər Liqası oyununda
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.

https://mail.qalaba.az//uploads/photo/zumrud-agayeva-uefa-milletler-liqasi-oyununda.webp