Türkiyə Kuboku: “Göztəpə” 49 illik aradan sonra yarımfinala vəsiqə qazanıb

Türkiyə Kuboku: “Göztəpə” 49 illik aradan sonra yarımfinala vəsiqə qazanıb

Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsində “Beşiktaş” “Göztəpə”ni qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, “Beşiktaş Park”da start götürmüş matçı baş hakim Atilla Karaoğlan idarə edib.

Oyundan hesab 30-cu dəqiqədə açılıb: “qara qartallar”ın albaniyalı yarımmüdafiəçisi Ernest Muçi topu tora qovuşdurub. 36-cı dəqiqədə ev sahiblərinin müdafiəçisi Tayyib Sanuç qırmızı vərəqə alaraq meydandan qovulub. Qırmızı vərəqədən sonra cərimə zərbəsi qazanan izmirlilər bu imkandan maksimum yararlanıblar: 38-ci dəqiqədə braziliyalı Romulu Kordozo dəqiqə zərbə ilə topu qapıdan keçirib.

İkinci hissədə təzyiqi artıran qonaqlar matçın sonlarına doğru daha iki qol vuraraq İstanbul təmsilçisini məğlub ediblər: 79-cu dəqiqədə penaltidən fərqlənən Kordozo cəmi iki dəqiqə sonra da qola imza ataraq hettrik edib.

Beləliklə, “Göztəpə” 49 illik aradan sonra Türkiyə Kubokunun 1/2 finalına adlayıblar. İzmirin “sarı-qırmızılar”ı növbəti mərhələdə “Trabzonspor”la münasibətlərə aydınlıq gətirəcəklər.

Mərhələnin digər qarşılaşması isə “Konyaspor”la “Qalatasaray” arasında baş tutacaq.

Oyunlar aprelin 22, 23-ü və ya 24-də keçiriləcək.

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Futbol
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

Futbol
Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub