Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Kvabena Ovusu, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 9-da çatdırıb. Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, günün ilk görüşündə "Səbail" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib. Turun ilk 2 oyununda "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edibsə, "Neftçi" "Zirə"yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq.

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Messi karyerasında 1000-ci oyununa çıxıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib