Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

“Danışılası çox şey yoxdur. Matçdan əvvəl hazırladıqlarımızdan heç birini meydanda etmədik. Ürəklə oynamaq, mübarizə aparmaq və qaçmaq lazımdır. Nəticəyə görə üzülürəm. Bu klubu sevən azarkeşlər qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Bizi “Zirə” ilə kubok qarşılaşmaları gözləyir. Çətin olacaq”.

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qarşılaşmaya bir daha baxacağını bildirib: "Hamı üzgündür. Amma bu kifayət deyil. Bu gün "Qarabağ"la görüşdə mübarizə aparmadıq".

Rumıniya baş məşqçi oyunçular haqqında danışmaq istəmədiyini söyləyib: "Hansı oyunçu həftə ərzində özünü yaxşı tərəfdən göstərsə, matçda ona şans veririk".

O, bütün futbolçularını müdafiə edəcəyini vurğulayıb: "Öz oyunçularım haqqında danışmayacağam. Onlarla tez-tez söhbət edirik. Çatışmayan cəhətlər haqqında danışırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Məqam çatanda hər şey haqqında biləcəksiniz".

Regekampf 0:2 hesabı ilə geriyə düşdükdən sonra oynamadıqlarını etiraf edib: "Bizdə təcrübəli futbolçular var. Onlar komanda yaxşı oynamayanda vəziyyəti öz üzərilərinə götürməlidirlər. Bu günlərdə oyunçularla bu barədə danışacağam. Azarkeşlərin belə qarşılaşmadan sonra narazı olması normaldır. Təhqirlərlə barışa bilmərəm. Amma onlar haqlıdırlar".

Baş məşqçi Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"yə qarşı oyunlar haqqında fikirlərini bölüşüb: "Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Hamısı daxilən əziyyət çəkir. Bu, soyuq duş idi. "Zirə" ilə görüşdə tamam komanda görəcəksiniz".

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub