“Sabah”ın idman direktoru: "Doğma meydanda "Kəpəz"ə məğlubiyyət çox üzücüdür" - MÜSAHİBƏ

“Sabah”ın idman direktoru: "Doğma meydanda "Kəpəz"ə məğlubiyyət çox üzücüdür" - MÜSAHİBƏ

“Sabah”ın idman direktoru İqor Ponomaryov “Report”a müsahibə verib. Mütəxəssis komandanın hazırkı durumuna toxunub, avrokubok şanslarını dəyərləndirib. O, baş məşqçi Vasili Berezutskinin cari mövsümün sonunda klubda qalıb-qalmayacağı ilə bağlı sualı da cavablandırıb.

- "Sabah"ın hazırkı durumunu necə qiymətləndirirsiniz? Normal heyətə və şəraitə malik komandanın uğursuz çıxışının səbəbini necə izah edə bilərsiz?

- Yekun rəy bildirmək üçün mövsümün sonunu gözləmək lazımdır. Düzdü, çempionatda xal fərqi çoxdur. Lakin hələ Premyer Liqadan da avrokuboklara vəsiqə şansımız qalır. Komanda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda qalib gəldi. Ona görə də indidən mövsümü uğurlu və ya uğursuz kimi qələmə vermək tezdir.

- Avrokuboklara vəsiqə qazanmaq şansları nə qədərdir?

- Az öncə qeyd etdiyim kimi, şanslar var. Bundan maksimum yararlanmağa çalışacağıq.

- "Kəpəz"ə gözlənilməz məğlubiyyətin əsas səbəblərini nədə görürsünüz?

- Oyun olaraq komandamız üstün futbol sərgilədi. Ancaq bu futboldur. Bəzən bütün oyunu üstün keçirsən də, bunu hesabda əks etdirə bilmirsən. Əlbəttə, doğma meydanda "Kəpəz"ə məğlubiyyət çox üzücüdür. Özü də bizə xalların bu qədər çox lazım olduğu bir zamanda. Lakin sona kimi mübarizə aparmaq lazımdır.

- “Sabah” Azərbaycan Kubokunda yarımfinalın ilk matçında qələbə qazanıb. Komandanın "Neftçi"ni üstələyərək finala adlamaq şanslarını necə qiymətləndirərdiniz?

- Kubokda mübarizə iki oyundan ibarətdir. Hələ yarımfinal mərhələsinin ilk hissəsi başa çatıb. Əlbəttə, finala vəsiqə qazanmaq istəyirik və bunun üçün sona kimi mübarizə aparacağıq.

- Baş məşqçi Vasili Berezutski "Neftçi" ilə oyundan sonra mətbuat konfransında hakimlərdən şikayətləndi. Ona haqq qazandırırsınız?

- Baş məşqçimizin narazı qaldığı epizodla bağlı artıq AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere rəy bildirib. Fikrimcə, əlavə şərhə ehtiyac yoxdur.

- Komanda avrokuboklardan kənarda qalsa, Vasili Berezutski vəzifəsindən göndərilə bilər?

- Berezutskinin klubla müqaviləsi var. Hazırda baş məşqçi də daxil olmaqla, bütün klub qarşıdakı vacib oyunlar barədə düşünür.

Futbol
Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib  - VİDEO

Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib - VİDEO

Futbol
"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

Futbol
AFFA İntizam Komitəsi klubları cəzalandırıb

AFFA İntizam Komitəsi klubları cəzalandırıb

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"