AFFA-nın baş katibi: "Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil"
Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil.
"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında deyib.
O, AFFA prezidenti Rövşən Nəcəfə göstərdikləri etimada görə təşəkkür edib:
"İnanırıq ki, qəbul edilən strategiya ilə ölkə futbolu yaxşı nailiyyətlər əldə edib. İnkişaf Strategiyasını fəaliyyət planına çevirməliyik. Buna güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq. AFFA-nın hazırkı strukturu tələblərə cavab vermir".

https://mail.qalaba.az//uploads/photo/affa-nin-bash-katibi-azerbaycan-futbolunun-hazirki-durumu-urekachan-deyil.webp











