Azərbaycan millisi Xorvatiyaya qarşı - YENİLƏNİR
Futzal üzrə milli komandamız AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komandamız qrup liderliyini və qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya yığması ilə qarşılaşacaq.
Oyun saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.
AVRO-2026
15 aprel
20:00 Azərbaycan – Xorvatiya
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Bakı İdman Sarayı.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisi-xorvatiyaya-qarshi-yenilenir.webp