"Barselona" baş məşqçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Fliklə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Yeni sözləşmə cari mövsümün sonunda imzalanacaq. 60 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ildə başa çatsa da, müddət daha bir il artırılacaq.
Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin mayından "Barselona"nı çalışdırır.

https://mail.qalaba.az//uploads/photo/barselona-bash-meshqchisi-ile-muqavile-muddetinin-uzadilmasi-barede-raziliga-gelib.webp











