“Ordu”nun kapitanı Azərbaycan Basketbol Liqasındakı çıxışlarını dəyərləndirib

“Ordu”nun kapitanı Azərbaycan Basketbol Liqasındakı çıxışlarını dəyərləndirib

“Ordu”nun kapitanı Rüstəm Əliyev komandanın Azərbaycan Basketbol Liqasının cari mövsümdəki çıxışını dəyərləndirib.

“Report” xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında bir sıra çatışmazlıqların olduğunu deyib.

O, aşağı büdcə ilə mübarizə aparmalarına baxmayaraq, əzmkarlıq göstərdiklərini bildirib:

“Aşağı büdcə ilə pley-offda iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq bu mərhələyə vəsiqə qazandıq. Final mərhələsinin ilk matçında “Neftçi” ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi var idi. Legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Əsas oyunqurucumuz Ramme Qriffin zədə alanda, onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmizin zəifliyi səbəbindən belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı, daha artığını edə bilərdik. İstənilən halda hesab edirəm ki, “Ordu” artıq bir komanda kimi formalaşıb”.

O, komandada özünü yenidən kəşf etdiyini söyləyib:

“2 il “Sabah” klubunda oynamışam. Onların məqsədləri tam fərqlidir. Heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. “Ordu”da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişafımda ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam”.

R.Əliyev gələcək taleyi ilə bağlı sualı da cavablandırıb:

“Sözün düzü, “Ordu”dan hələ təklif almamışam. Təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər”.

Qeyd edək ki, “Ordu” 1/4 finalda "Neftçi"yə hər iki oyunda məğlub olaraq (54:88, 84:93) mübarizəni dayandırıb.

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq