"Roma" bu göstəriciyə görə Avropada liderdir
İtaliya A Seriyasının XXXV turunda "Roma" "Fiorentina"nı qəbul edib.
QELEBE.AZ xəbər verir ki, meydan sahibləri minimal hesabla qələbə qazanıblar - 1:0.
Bu, “Roma”nın cari mövsümdə qazandığı 9-cu minimal hesablı qələbədir. Daha öncə nəinki İtaliya çempionatında Avropanın top klublarında da bu göstəriciyə çatan olmayıb.
Qeyd edək ki, "Roma" növbəti turda "Atalanta" ilə üz-üzə gələcək.

https://mail.qalaba.az//uploads/photo/quotromaquot-bu-gostericiye-gore-avropada-liderdir.webp