Rafinya Ronaldonun uğurunu təkrarladı
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
QELEBE.AZ xəbər verir ki, "İnter" öz meydanında "Barselona"nı 4:3 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Kataloniyalıların heyətində Rafinya komandasının 3-cü qolunun müəllifi olmaqla, Çempionlar Liqasında Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.
Belə ki, braziliyalı futbolçu turnirin cari mövsümündə 21 qolun vurulmasında iştirak edib.
Portuqaliyalı ulduz isə 2013/14 mövsümündə Çempionlar Liqasında eyni uğura imza atmışdı.

https://mail.qalaba.az//uploads/photo/rafinya-ronaldonun-ugurunu-tekrarladi.webp