Yamaldan ardıcıl rekordlar

Yamaldan ardıcıl rekordlar

"Barselona"nın vingeri Lamin Yamal cari Çempionlar Liqasında bir matçda uğurlu driblinglərin sayına görə rekorda imza atıb.

QELEBE.AZ xəbər verir ki, 17 yaşlı futbolçu "İnter"lə cavab oyununda (3:4) rəqiblərini 14 dəfə məğlub edərək turnirin rekordunu yeniləyib. 

Bundan əvvəl PSJ-nin futbolçusu Bredli Barkol "Salzburq" ilə matçda 10 driblinqlə ən yaxşı ünvanına sahib idi.

Həmçinin Yamal 18 yaşadək qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində 10 matça çıxan ilk oyunçu olub.

Qeyd edək ki, “İnter” ümumi hesabda “Barselona”nı 7:6 məğlub edərək finala vəsiqə qazanıb.