Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib.

"QELEBE.AZ"un yerli bürosu xəbər verir ki, Ümummilli Liderin doğum günündə yarışın rəsmi açılış mərasimi reallaşıb.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan tədbirdə əvvəlcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dahi rəhbər Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov çıxışlarında Naxçıvan idmanında əldə olunan uğurlar və yarışın əhəmiyyəti ilə bağlı fikirlər də səsləndiriblər. Qeyd olunub ki, Heydər Əliyev dühası müasir Azərbaycanın və xalqımızın taleyində böyük iz buraxmış şəxsiyyətdir, onun siyasi xətti və ideyaları və bu gün ölkəmizə mənəvi işıq tutur.

Mərasimin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri günə özəl mahnılar səsləndirblər, karateçilərin nümunəvi çıxışları izlənilib.

Sonra Ali Məclis və Səhiyyə Nazirliyini təmsil edən komandalar arasında görüşlə mübarizəyə start verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunacaq yarışda 17 komanda 4 qrupda mübarizə aparır.

Oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.

Futbol
Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Futbol
Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

Futbol
Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"