AFFA nümayəndəsi UEFA-nın forumunda iştirak edib

AFFA nümayəndəsi UEFA-nın forumunda iştirak edib

AFFA-nın İnfrastruktur Departamentinin aparıcı mütəxəssisi Zəhra Vəlizadə İsveçrənin Sürix şəhərində UEFA tərəfindən təşkil olunan “Respect Forum 2025” tədbirində iştirak edib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, forum bu il qadınlar arasında Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək “Letzigrund” stadionunda təşkil olunub.

İştirakçılar 17 müxtəlif işçi qrupuna bölünüb və hər qrup davamlılığın konkret bir istiqaməti üzrə müzakirələr apararaq, innovativ və praktik həll yolları üzərində çalışıb. Zəhra Vəlizadə “Smart and Welcoming Stadiums” (Ağıllı və Qonaqpərvər Stadionlar) adlı işçi masada yer alaraq müasir stadionlarda əlçatanlıq, texnologiyaların inteqrasiyası, inklüzivlik və azarkeş təcrübəsinin yaxşılaşdırılması kimi mövzularda keçirilən müzakirələrə qatılıb. Stadionların təkcə idman tədbirləri üçün deyil, həm də sosial birləşdirici məkanlar kimi fəaliyyət göstərməsi ilə bağlı yanaşmalar, yaşıl texnologiyaların tətbiqi və daha təhlükəsiz, inklüziv infrastrukturun yaradılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Forumda UEFA-nın sosial və ekoloji davamlılıq strategiyası çərçivəsində 2021–2030-cu illər üçün hədəflər, eləcə də “Strength Through Unity” strategiyası əsas götürülərək icra edilən “FootbALL” proqramı və bu proqram çərçivəsində yeni təqdim olunan rəqəmsal platforma haqqında məlumat verilib.

Futbol
Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol
Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Futbol
Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək