“Heydər Əliyev kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəlib

“Heydər Əliyev kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəlib

Azərbaycanın 6 oğlan, 11 qız boksçusu Bakıda yeniyetmələr arasında təşkil olunan “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin finalına yüksəlib. 

"QELEBE.AZ" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlanların həlledici görüşündə 44 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcək. Qızların mübarizəsində isə 4 çəki dərəcəsində (46 kq, 48 kq, 50 kq, 52 kq) Azərbaycan finalı baş tutacaq.

Azərbaycanın 18 boksçusu isə artıq bürünc medalı rəsmiləşdirib. Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov, Hüseyn Vahabov (hər ikisi 75 kq), Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) turniri 3-cü pillədə başa vurublar.

Oğlanlar

Yarımfinal

44 kq

Əli Ruşanov (Azərbaycan) – Həsrət Məmmədov (Azərbaycan) 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29)

Həsən Sərhədli (Azərbaycan) – Abdulrahim Məmmədov (Azərbaycan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26)

48 kq

Əli Əliyev (Azərbaycan) – Zaza Mdinaridze (Gürcüstan) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27, 30:27)

54 kq

İbrahim Bədəlli (Azərbaycan) – Zanqqar Sailavbek (Qazaxıstan) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27)

60 kq

Şahin Aslanov (Azərbaycan) – Ruşen Saydullayev (Özbəkistan) 3:2 (28:29, 29:28, 27:30, 30:27, 30:27)

+80 kq

Səftər Məmmədzadə (Azərbaycan) – Şojahon İslomov (Özbəkistan-2) – birinci tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışda final görüşləri bu gün keçiriləcək. Bakı Boks Mərkəzində qızların mübarizəsi saat 12:00-da, oğlanların yarışı saat 14:00-da başlayacaq.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub