AFFA Azərbaycanın 3 klubu ilə bağlı qərarlarını açıqlayıb

AFFA Azərbaycanın 3 klubu ilə bağlı qərarlarını açıqlayıb

AFFA Azərbaycanın 3 klubu ilə bağlı qərarlarını açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Aprelin 4-də baş tutan "Neftçi" – "Şuşa" matçında meydan sahiblərinin oyunçusu Emil Həsənzadənin oyunun 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb

Apellyasiya və Arbitraj Tribunalı həmçinin  “Şəfa”nın futbolçusu Ebru Əmirova barəsində verilən qərardan şikayəti də təmin etməyib. AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsində keçirilmiş “Şəfa” – “Ümid” oyununun 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Ebru Əmirovanın rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

AFFA U-15 Liqasında keçirilən "Şamaxı" – "Metak" oyununda meydan sahiblərinin heyətində adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqib komandanın bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq sözügedən şəxsin 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimələnməsi, "Şamaxı"nın növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilib. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun hallar nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmaq üçün İntizam Komitəsinə qaytarılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

Futbol
"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
Futzal liqalarında püşkatmanın vaxtı bəlli olub

Futzal liqalarında püşkatmanın vaxtı bəlli olub