BƏƏ millisinin azərbaycanlı həkimi: "Milli Gimnastika Arenasını möhtəşəm vəziyyətdə görmək məni çox həyəcanlandırdı"

BƏƏ millisinin azərbaycanlı həkimi: "Milli Gimnastika Arenasını möhtəşəm vəziyyətdə görmək məni çox həyəcanlandırdı"

BƏƏ minifutbol yığmasının azərbaycanlı terapevt-həkimi Faiq Hüseynov Bakıda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında mundialın təşkil olunduğu Milli Gimnastika Arenası barədə xoş sözlər deyib.

O, belə möhtəşəm tədbirin keçirilməsi üçün böyük işlər görüldüyünü deyib:

"Prezident İlham Əliyevə, Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Bakıda bu cür idman tədbirlərinin keçirilməsi üçün böyük işlər görülüb. Öz Vətənimə gəlib, Milli Gimnastika Arenasını möhtəşəm vəziyyətdə görmək məni çox həyəcanlandırdı. Təşkilatçılıq, sadəcə, möhtəşəmdir".

F.Hüseynov Azərbaycan futboluna faydalı olmaq arzusunu da dilə gətirib:

"1987-ci ildən futbolda çalışıram. İsgəndər Cavadov, Maşallah Əhmədov kimi futbolçuların dövründən fəaliyyətdəyəm. Çox istərdim ki, Azərbaycanın futbol yığmasından dəvət alım. Orada çıxış edən oyunçulara töhfə vermək, Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Mən futbolla nəfəs alan insanam. İnanıram ki, bir gün yığmadan iş təkıifi alacağam".

Qeyd edək ki, Faiq Hüseynovun çalışdığı BƏƏ yığması dünya çempionatında keçirdiyi hər iki matçda məğlub olub və qrupdan çıxmaq şanslarını itirib.

Futbol
"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

Futbol
"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

Futbol
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

Futbol
DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

Futbol
İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb

İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı