Tailand millisi Bakıdakı dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçında E qrupunda Kosta Rika - Tailand matçı baş tutub.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.
E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün, saat 20:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Foto: Mircavid Eminoğlu

https://mail.qalaba.az//uploads/photo/tailand-millisi-bakidaki-dunya-chempionatinda-novbeti-merheleye-vesiqe-qazanib.webp











