"Barselona" yeni qapıçı ilə anlaşıb
"Barselona" "Espanyol"un qapıçısı Joan Qarsiyanın transferini tamamlamaq üzrədir.
Apasport.az xəbər verir ki, “blauqrana” 24 yaşlı qolkiperə 2030-cu ilə qədər müqavilə təklif edib.
İddialara görə, futbolçu artıq İspaniya çempionu ilə razılaşıb.
"Barselona" Qarsiyanı əsas qapıçı kimi təyin etməyi planlaşdırır.
"Transfermarkt" ispaniyalı qolkiperin dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

https://mail.qalaba.az//uploads/photo/quotbarselonaquot-yeni-qapichi-ile-anlashib.webp