Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından “Report”a verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Artıq ilk rekord qeydə alınıb. Yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağırlıqqaldırma tarixində bir ilkdir. Bu günə qədər Respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağırlıq qaldıran iştirak etməmişdi. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.

Daha bir ilk hakimliklə bağlıdır. Respublika dərəcəli ağırlıqqaldırma turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağırlıqqaldıran, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3 qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib