“Şamaxı”nın yay hazırlıq planı bəlli olub

“Şamaxı”nın yay hazırlıq planı bəlli olub

“Şamaxı” futbol komandasının yay hazırlıq planı məlum olub.

QELEBE.AZ xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq.

İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-də bitəcək.

Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların vaxtı hələlik məlum deyil.