ARAF rəsmisi: "Çövkən yığmamızın Avropa çempionu olması milli kimliyimizin, tariximizin və mədəni irsimizin təntənəsidir"

ARAF rəsmisi: "Çövkən yığmamızın Avropa çempionu olması milli kimliyimizin, tariximizin və mədəni irsimizin təntənəsidir"

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Emil Seyidov çövkən üzrə Azərbaycan millisinin Polşada keçirilmiş Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirib.

ARAF rəsmisi bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, bu növ üzrə Avropa çempionatının ilk dəfə keçirildiyini xatırladıb:

"Azərbaycan komandasının çempion olması həqiqətən də böyük qüruq hissi idi. Çövkən millimizin Avropa çempionu olması təkcə idman uğuru deyil, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin təntənəsidir. Bu tarixi qələbə bizi sonsuz qürur hissi ilə doldurur. Çövkən əsrlərdir xalqımızın ruhunda, mədəni yaddaşında yaşayan bir oyundur. Bu gün onun beynəlxalq arenada parlaması, Avropa çempionluğu səviyyəsində tanınması Azərbaycanın qədim atçılıq ənənələrinin bərpası və dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, bu uğur həm də ölkədə çövkənə göstərilən diqqət və qayğının, sistemli fəaliyyətin və idmançılarımızın əzminin nəticəsidir:

"Ümid edirəm ki, bu qələbə yeni nəsillər üçün də ilham mənbəyi olacaq və çövkənə marağı daha da artıracaq. Bu münasibətlə milli komandamızın üzvlərini, məşqçiləri və bu işə töhfə verən hər kəsi ürəkdən təbrik edirəm. Qarşıda bizi daha böyük hədəflər gözləyir və bu uğur həmin yolda möhkəm bir başlanğıcdır".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Maltanı 6:2 hesabı ilə üstələyib.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib