"Araz-Naxçıvan"ın baş məşqçisi: "Komandanın UEFA Konfrans Liqasında böyük dəstək görəcəyinə inanıram" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Komandanın UEFA Konfrans Liqasında böyük dəstək görəcəyinə inanıram" - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Report”a müsahibə verib. Mütəxəssis komandanın hazırlıqlarına toxunub, transfer planlarından danışıb. O, ilk dəfə çıxış edəcəkləri UEFA Konfrans Liqasındakı potensialları haqqında düşüncələrini də bölüşüb.

- Hazırlıqlar necə davam edir?

- Hazırlıqlara dünən başlamışıq, komanda üzvlərinin hamısı burada deyil. Futbolçular müxtəlif vaxtlarda gəldikləri üçün məşqlərə tam heyətlə başlamamışıq.

- Legionerlər komandaya qoşulub?

- Yenilərdən yalnız Çance Simakala kollektivə qoşulub.

- Daha əvvəl israilli legionerlə müqavilə bağlamışdınız. O, Azərbaycana gələ bilib?

- Xeyr, hələ ölkəsindədir, yolunu gözləyirik.

- Gələ bilməyəcəyi təqdirdə onunla müqaviləyə xitam verilə bilər?

- Xeyr, bu ondan asılı olan məsələ deyil. Ona görə də gözləmə mövqeyindəyik. Ümid edirik ki, tezliklə həll olunacaq.

- 12 futbolçu ilə müqaviləni yeniləmisiniz, həmçinin iki yeni transferiniz var. Transfer planlarınız necədir, ümumilikdə neçə legioner cəlb etmək fikrindəsiniz?

- Komandanı hələ tam komplektləşdirməmişik. Axtarışlarımız davam edir. Bəzi mövqelərdəki boşluqları doldurmaq məcburiyyətindəyik.

- Ümumiyyətlə, heyətə neçə legioner cəlb etməyi düşünürsünüz?

- Sayla deyə bilmərəm. Amma bir neçə mövqe var ki, futbolçular gətirməliyik.

- Komandadan yenə gedənlər olacaq?

- Bu, transferlərdən asılıdır. Hansı futbolçu ilə anlaşmamız alınmasa, yəqin ki, gedəcək. Heyətimiz o qədər geniş deyil ki, kimisə yollayaq. Ona görə də kiminləsə yolları ayırmağı deyil, daha çox yeni oyunçular götürməyi düşünürük.

- Yoxlama görüşlərindəki rəqibləriniz nə zaman müəyyənləşəcək?

- Hazırda danışıqlar gedir. Ən azı üç oyun keçirməyi planlaşdırırıq. Yəqin ki, təmin edərlər.

- Oyunların hamısını Türkiyədə keçirmək fikrindəsiniz?

- Planımız budur. Azərbaycandakı toplanışda öz aramızda məşq xarakterli oyun təşkil edə bilərik. Yoxlama görüşlərini Türkiyədə keçirəcəyik.

- “Araz-Naxçıvan” ilk dəfə avrokuboklarda mübarizə aparacaq. Təcrübəsiz komanda olaraq UEFA Konfrans Liqasında hara qədər irəliləyə biləcəyinizi düşünürsünüz?

- Müasir futbolda təcrübəli-təcrübəsiz anlayışı qalmayıb. Yaxşı komplektləşsək və hazırlıq keçsək, təcrübəsiz olduğumuz hiss edilməyəcək. İndidən hara qədər irəliləyəcəyimiz barədə düşünməyə tələsməyək. Hazırda daha çox komandanın tez bir zamanda komplektləşməsini istəyirik.

- Bir sıra potensial rəqibləriniz məlumdur. Püşkatma ilə bağlı fikirləriniz necədir?

- Hazırda bu barədə düşünmürük. Qismətdə nə varsa, onunla da barışmaq lazımdır.

- Peşəkar Futbol Liqasının bir müddət əvvəl açıqladığı statistikaya əsasən, “Araz-Naxçıvan” son mövsümdə oyunlarına ən az azarkeş gələn komanda olub. Lakin avrokuboklarda daha çox azarkeşə ehtiyacınız olacaq. Bununla bağlı nə demək istərdiniz?

- Statistikanın üzərində dayanmaq istəmirəm. Hamıya bəlidir ki, bu komanda Naxçıvanda oynasa, bəlkə də statistika baxımından birinci olardıq. İndiki durum onu göstərir ki, biz Bakıda oynadığımızdan azarkeş sayı az olub. Doğma şəhərə qayıtsaq, inanıram ki, azarkeş baxımından öndə olacağıq. Avrokuboklara gəlincə, Azərbaycanı təmsil edəcəyik. Bu səbəbdən "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasında böyük dəstək görəcəyinə inanıram.

Futbol
Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Futbol
Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Futbol
Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb