Azərbaycan karateçiləri Kişineuda 6 medal qazanıblar

Azərbaycan karateçiləri Kişineuda 6 medal qazanıblar

Azərbaycan karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində 6 medal qazanıblar.

"Report" Deflimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla, ümumilikdə 16 nəfər Azərbaycanı təmsil edib.

287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli idmançılar 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər. Elnur Qasımzadə (67 kq) qızıl, Hikmət Ağayev (60 kq), Əliəkbər Əlizadə (75 kq) gümüş, Şaiq Osmanov (75 kq), Sahib Sahibli, Elmin Hüseynli (hər ikisi 84 kq) isə bürünc medal qazanıblar.

İdmançılar baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında mübarizə aparıblar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir.

Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (Deaflympics - ICSD) üzvlüyünə qəbul olunub.

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək