Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ
Türkiyənin "Qaziantepspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, Super Liqa təmsilçisini İsmet Taşdemir çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İsmet Taşdemirin son iş yeri "Kocaelispor" olub. O, komanda ilə 1-ci Liqada çempion olduqdan sonra postunu tərk edib.

https://mail.qalaba.az//uploads/photo/super-liqa-temsilchisinde-yeni-teyinat-resmi.webp