"Araz-Naxçıvan"ın futbolçusu: "Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil"

"Araz-Naxçıvan"ın futbolçusu: "Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil"

Yunanıstanın “Aris” klubu "Araz-Naxçıvan" üçün arzuolunan rəqib deyil.

"Report" xəbər verir ki, bunu Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, potensial rəqiblərin hər birinin güclü olduğunu vurğulayıb:

"Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir. “Aris” barədə az da olsa, məlumatımız var. Tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandanın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq".

Təcrübəli futbolçu yaxşı heyətə malik olduqlarını söyləyib:

"UEFA Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq. Yaxşı heyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlər də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq gücündəyik. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları verəcək”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Futbol
"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

Futbol
“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

Futbol
Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Futbol
Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Futbol
Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib