Con Duran “Fənər”lə razılaşdı

Con Duran “Fənər”lə razılaşdı

Səudiyyə Ərəbistanını təmsilçilərindən “Əl-Nəsr”in futbolçusu Con Duran karyerasını Türkiyədə davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, 21 yaşlı forvard "Fənərbaxça" ilə razılaşma əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kolumbiya millisinin üzvü 1 illik icarə əsasında "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.

Duranın yaxın günlərdə İstanbula gələrək tibbi müayinədən keçməsi gözlənilir.

Qeyd edək ki, hücumçu “Əl-Nəsr”in heyətində çıxış etdiyi 18 rəsmi matçda 12 qola imza atıb.