Vitali Borisov: "Qarşıya qoyulan məqsədə çata bilmədiyimiz üçün Azərbaycan millisi ilə müqaviləm yenilənmədi"

Vitali Borisov: "Qarşıya qoyulan məqsədə çata bilmədiyimiz üçün Azərbaycan millisi ilə müqaviləm yenilənmədi"

Azərbaycan futzal millisinin sabiq baş məşqçisi Vitali Borisov postundan ayrılmasına münasibət bildirib.

Mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, qarşıya qoyulan məqsədə çata bilmədikləri üçün millidən ayrıldığını söyləyib:

“Müqavilə imzalayanda qarşıma Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxmaq məqsədi qoymuşdular. Ancaq hədəfə çata bilmədik. Bu səbəbdən müqavilə yenilənmədi”.

O, tələbə futzalçılar arasında keçiriləcək Avropa çempionatına hazırlaşdıqlarını deyib:

“Tələbə futzalçılar arasında Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Hələ ki, başqa klublardan təkliflər yoxdur. Bu vaxtlar komandalar istirahətdə olurlar. Yəqin ki, çempionat oktyabrda başlayacaq. Hələ ki, müəyyən vaxt var”.

V.Borisov millinin yeni baş məşqçisi Yevgeni Kukseviçin təyinatı ilə bağlı fikirlərini də bölüşüb:

“Onu yaxından tanımasam da, zaman-zaman görüşümüz olub. Yeni baş məşqçiyə uğurlar arzulayıram. Ümid edirəm ki, millini yüksək pillələrə qaldıracaq. Nələr olacağını zaman göstərəcək. “Araz-Naxçıvan”da cəmi üç aydır işləyir. Düzdür, komandada ciddi dəyişikliklər görməmişəm, amma baş məşqçinin rəhbərliyi ilə ötən mövsüm çempion oldular. Bu münasibətlə təbrik edirəm. Yenidən millini yüksək pillələrə qardırarsa, buna şad olarıq”.

Qeyd edək ki, Vitali Borisov bir müddət əvvəl Azərbaycan millisinin baş məşqçi postundan ayrılıb. Onu “Araz-Naxçıvan” klubuna da rəhbərlik edən rusiyalı mütəxəssis Yevgeni Kukseviç əvəzləyib.

Futbol
"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Futbol
DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Futbol
Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb