Asim Xudiyev Konfrans Liqası oyununda
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/asim-xudiyev-konfrans-liqasi-oyununda.webp