Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ
"Sumqayıt"la müqaviləsi bitən Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, 27 yaşlı futbolçu I Liqaya yüksələn "Serik Belediyespor"un formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, Taşkınla 1 il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, millimizin də formasını geyinmiş futbolçu 2024-cü ildə Türkiyədə "Manisa"da çıxış edib.

https://mail.qalaba.az//uploads/photo/millimizin-uzvu-turkiye-klubunda-resmi.webp