ACF prezidentinin müşaviri: "Ümidvarıq ki, "Avropa Cüdo Ümidləri" turnirinin bir çox iştirakçısını millilərimizdə görəcəyik"

ACF prezidentinin müşaviri: "Ümidvarıq ki, "Avropa Cüdo Ümidləri" turnirinin bir çox iştirakçısını millilərimizdə görəcəyik"

"Avropa Cüdo Ümidləri" beynəlxalq turnirində iştirak edən cüdoçuların bir çoxunu gələcəkdə millilərimizdə görə biləcəyik.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov deyib.

O, beynəlxalq turnirin yeniyetmə cüdoçuların inkişafında əhəmiyyətli rol oynayacağını bildirib:

"Bu turnirdə 12 ölkədən 500-ə yaxın oğlan və qız cüdoçular inkişaf edir. Burada Azərbaycanın gələcək cüdoçuları yarışır. Gələcəkdə bizi mötəbər yarışlarda təmsil edəcəklər. Ümidvarıq ki, bu turnirdə iştirak edəcək cüdoçuların bir çoxunu gələcəkdə millilərimizdə görəcəyik".

Mütəxəssis növbəti illərdə də bu turnirin növbəti illərdə də Azərbaycanda keçiriləcəyinə ümid edir.

"Bu ildən Avropa Cüdo İttifaqı 13 və 15 yaşadək cüdoçular arasında bu turniri təşkil etməyi qərara alıb. Əminik ki, turnirimiz gələn və növbəti illərdə də keçiriləcək. İnanıram ki, hər il onlarla ölkə təmsilçiləri gəlib bu yarışda iştirak edəcəklər".

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirə iyulun 27-də yekun vurulacaq.

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"