"Neftçi"nin baş məşqçisi: "Komanda Türkiyə klubu ilə görüşdə xarakter göstərdi"

"Neftçi"nin baş məşqçisi: "Komanda Türkiyə klubu ilə görüşdə xarakter göstərdi"

"Neftçi" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Fomget”lə (Türkiyə) görüşdə xarakter göstərərək sona qədər vuruşub.

"Report" xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında paytaxt təmsilçisinin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis daha əvvəl çalışdırdığı qardaş ölkə təmsilçisinin xeyli gücləndiyini vurğulayıb:

“Rəqibi yaxşı tanıyırdım. Çünki bundan əvvəl “Fomget” klubunda çalışmışdım. Lakin demək olar ki, komandanın yarısı yenilənmişdi, heyət xeyli güclənmişdi. Yeni oyunçuların bir çoxu qadın futbolunda güclü olan milli komandaların üzvləri idi. Üstəlik, rəqib bu hazırlıq dönəmində heç bir oyun keçirməmişdi deyə, hansı sürprizlə qarşılaşacağımız müəmmalı idi. Bununla belə, biz də rəqibin gücünə uyğun oyun planı seçmiş və maksimum hazırlaşmışdıq. Qol buraxmadan rəqibi cəzalandırmaq istəyirdik. Fikrimcə, komandamız xarakter göstərdi, sonadək vuruşdu. Amma təəssüf ki, bəlli vaxtlarda rəqibin keyfiyyəti üzə çıxdı və bizi səhv etməyə məcbur etdi. Bu səhvlərdən sonra qollar buraxdıq. Halbuki bizim də şanslarımız oldu. Düşünürəm ki, fürsətləri dəyərləndirə bilməməyimizin əsas səbəbi heyətdə gənc futbolçuların çoxluq təşkil etməsidir. Məncə, komanda gələcəkdə daha yaxşı nəticələr göstərə bilər”.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada təşkil olunan "Fomget" - "Neftçi" matçı Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
Messi qol sayında Ronaldonu arxada qoyub

Messi qol sayında Ronaldonu arxada qoyub

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”