Boksçumuz beynəlxalq turnirdə finala çıxıb
Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında "Brandenburq Kuboku"nda yarımfinal mərhələsinə yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) rinqə çıxıb.
O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib.
Sübhan Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.

https://mail.qalaba.az//uploads/photo/bokschumuz-beynelxalq-turnirde-finala-chixib.webp