Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində təşkil edib.

Federasiyadan “Report”a verilən məlumata görə, turniri yerli sakinlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da izləyiblər.

İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər.

Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevirdən və Bakıdan olan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb. Turnirin qalibləri diplomla mükafatlandırılıblar.

Tədbir zamanı həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxın zamanda səyyar görüşlərə start verəcəyi və bu görüşlərə Bakıdan başlanacağı haqda məlumat diqqətə çatdırılıb.

Bildirilib ki, paytaxtda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb