“Qəbələ”də ayrılıq

“Qəbələ”də ayrılıq

“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.

QELEBE.AZ xəbər verir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.

Komandamızın uğurunda əməyi olan Şuaybuya təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayırıq.