"Sabah"ın fransalı basketbolçusu: "FIBA Çempionlar Liqasında uğurlu çıxış edəcəyimizə inanıram" - MÜSAHİBƏ

"Sabah"ın fransalı basketbolçusu: "FIBA Çempionlar Liqasında uğurlu çıxış edəcəyimizə inanıram" - MÜSAHİBƏ

Fransa millisinin üzvü, "Sabah" basketbol klubunun yeni transferi Jan-Mark Pansa "QELEBE.AZ"a müsahibə verib. 27 yaşlı oyunçu Azərbaycan təmsilçisinə keçidindən, "Sabah"ın FIBA Çempionlar Liqasındakı şanslarından və Bakı haqqında təəssuratlarından danışıb.

- "Sabah" klubuna keçidiniz necə baş tutdu?

- Klubun skautları məni ötən mövsümdən izləyirdilər. Daha sonra agentimlə əlaqə saxladılar. Bir müddət danışıqlar getdi və "Sabah"ın gələcəklə bağlı planları məni cəlb etdi, keçidə razılıq verdim. Düşünürəm ki, bu komanda ilə uğur qazanmaq olar.

- Azərbaycan basketbolu barədə məlumatınız var idi?

- Doğrusunu söyləmək lazımdırsa, Azərbaycan basketbolu ilə bağlı geniş məlumatım yox idi. Ancaq "Sabah" mənə təklif göndərəndə, artıq araşdırmalara başlamışdım. Qərar verməmişdən öncə çoxlu məlumat topladım və ölkənizə gəldim.

- "Sabah" tarixində ilk dəfə FIBA Çempionlar Liqasında çıxış edəcək. Komandanın yeni üzvü olaraq nəyə ümid edirsiniz?

- Sevindirici haldır ki, "Sabah" bu mövsüm mötəbər yarışda debütünü gerçəkləşdirəcək. Klubun ilki gerçəkləşdirəcəyi dövrdə mənim də heyətdə yer almağım çox xoş oldu. Rəqiblərə gəlincə, bu barədə çox söz deyə bilməyəcəyəm. Lakin illər əvəl "Nimburk"a qarşı matçda çıxış etmişəm. İnanıram ki, komandamızın FIBA Çempionlar Liqasında çıxışı uğurlu alınacaq.

- Azərbaycanda necə qarşılandınız?

- Həqiqətən Bakıda çox xoş qarşılandım. Mənə olan diqqətə yaxşı mənada təəccübləndim. Hava limanından şəhərə gedərkən xoş mənzərələrlə rastlaşdım. Bakı olduqca böyük və gözəldir.

- Buna qədər Azərbaycanda çıxış edən basketbolçulardan tandığınız kimsə var idi?

- Komandanın yeni transferi David Nikolslanı tanıyıram. Daha əvvəl ona qarşı oynamışam.

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb