"Səbail"in baş məşqçisi: "Növbəti mövsüm 2 və ya 3 legionerlə çıxış etmək niyyətindəyik"

"Səbail"in baş məşqçisi: "Növbəti mövsüm 2 və ya 3 legionerlə çıxış etmək niyyətindəyik"

"Səbail" klubu Azərbaycan I Liqasında 2 və ya 3 legionerlə mübarizə aparmaq niyyətindədir.

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Elvin Məmmədov açıqlama verib.

Mütəxəssis daha çox yerli oyunçulara şans vermək istədiklərini söyləyib:

"Artıq 10 gündür yeni mövsümün hazırlıqlarına başlamışıq. Hər şey qaydasındadır. Heyətimiz yavaş-yavaş komplektləşir. 2-3 futbolçunun yolunu gözləyirik. Onlar da gəldikdən sonra yeni mövsümə tam hazır olacağıq. Həmin futbolçular ön xətt oyunçuları olacaqlar. Yerlilərdən də danışıq apardığımız oyunçular var. Lakin rəsmi olmadığı üçün adlarını açıqlaya bilmirəm. Növbəti mövsümdə maksimum 2 və ya 3 legionerlə çıxış etmək niyyətindəyik".

E.Məmmədov çempionatda ev oyunlarını "ASCO Arena"da keçirəcəklərini söyləyib:

"Matçlarımızı "ASCO Arena"da oynayacağıq. Hazırda məşqləri burada davam ediririk. Mətbuatda yazılanlar o qədər də həqiqəti əks etdirmir. Hər şey qaydasındadır".

Baş məşqçi komandanın Premyer Liqanı tərk etməsindən sonra aşağı yaş qruplarının ləğv olunmasına da toxunub:

"Mən daha əvvəl bu klubun U-19 komandasında da işləmişəm. Oradan 3 nəfəri heyətə cəlb etmişik. Həmin uşaqların hamısının qalmasını istəyərdik. Onlar bizim gələcəyimiz idi. Amma olmadı. Hər biri yeni klublarda çıxış edəcəklər, anlaşdıqları komandalar da var. Ümid edirəm ki, yenidən Premyer Liqaya qayıdacağıq və həmin gəncləri heyətə cəlb edəcəyik".

Qeyd edək ki, I Liqanın reqlamentinə əsasən, komandalara matçlarda ən çox üç legionerin xidmətindən istifadə etməyə icazə verilir. Klublar mövsüm ərzində heyətlərinə 7 əcnəbi futbolçu cəlb edə bilərlər. I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır