AFFA Məşqçilər Komitəsinin üzvü: "Omoniya" ilə cavab oyunu "Araz-Naxçıvan" üçün imic baxımından önəmlidir"

AFFA Məşqçilər Komitəsinin üzvü: "Omoniya" ilə cavab oyunu "Araz-Naxçıvan" üçün imic baxımından önəmlidir"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Omoniya" ilə cavab oyunu "Araz-Naxçıvan" üçün imic baxımından önəmlidir.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

Mütəxəssis Kipr klubunun ötən gün "Dalğa Arena"da keçirilən ilk matçda qələbə qazanmaqla (4:0) cütün taleyini böyük ölçüdə həll etdiyini söyləyib:

“Araz-Naxçıvan”ın oyunu ümumiyyətlə alınmadı. “Omoniya” səviyyə baxımından Naxçıvan klubunu üstələdi, ilk dəqiqələrdən təzyiq altında saxladı. Həmçinin müxtəlif hücum kombinasiyaları qururdular. “Aris”dən fərqli “Omoniya” ilə oyunda çox eniş var idi. İstənilən halda, “Omoniya” “Araz-Naxçıvan”dan hər cəhətdən üstündür. Həm səviyyə, həm futbolçu, həm də təcrübə baxımından meydanda istədiklərini etdilər. “Omoniya” təsadüfən hücum edib qol vurmurdu. Düşünürəm ki, “Araz-Naxçıvan”ın geridönüş etməsi çox çətin olacaq. Fikrimcə, “Omoniya” matçın taleyini Bakıda həll edib. “Araz-Naxçıvan” daxili çempionata köklənməlidir. Cavab matçı imic baxımından önəmlidir. Çünki Azərbaycanı təmsil edəcəklər. Bu mənada cavab matçında “Araz-Naxçıvan”ın daha yaxşı oynayacağını düşünürəm”.

Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək.

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Futbol
Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq