“Rayo Valyekano” və “Vilyarreal”dan qələbə
İspaniya La Liqasında 2025/2026 mövsümünə start verilib.
QELEBE.AZ xəbər verir ki, sezon "Jirona" - "Rayo Valekano" matçı ilə start götürüb.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında "Vilyarreal" öz meydanında "Ovyedo" ilə üz-üzə gəlib. Ev sahibləri fasiləyə kimi iki qol vuraraq, görüşün taleyini həll ediblər. Qonaqların 24 ildən sonra La Liqaya dönüşü məğlubiyyətlə yadda qalıb.
İspaniya La Liqası
I tur
15 avqust
21:00. "Jirona" - "Rayo Valekano" - 1:3
23:30. "Vilyarreal" - "Ovyedo" - 2:0

https://mail.qalaba.az//uploads/photo/rayo-valyekano-ve-vilyarrealdan-qelebe.webp