“Qarabağ” Macarıstan səfərində - YENİLƏNİR
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.
Görüş saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Joau Pedru da Silva Pineyru (Portuqaliya)
Budapeşt, "Qrupama Arena”
Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/qarabag-macaristan-seferinde-yenilenir.webp