Azərbaycanın U-17 millsinin oyunlarının tarixi müəyyənləşib
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova kollektivləri ilə qarşılaşacaq.
Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlama saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-u-17-millsinin-oyunlarinin-tarixi-mueyyenleshib.webp











