"Mançester Yunayted" əsas oyunçusunu itirə bilər
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted"də ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Bruno Fernandeş gələn il Ərəbistana yollana bilər.
Oyunçunun bu yay klubda qalacağı dəqiqləşsə də, 2026-cı ilin yayında Səudiyyə klublarının təkliflərinə açıq olduğu bildirilir.
Portuqaliyalı futbolçu ilə maraqlananlar arasında "Əl-Hilal" və "Əl-İttihad" klubları da var.
Hətta Premyer Liqa təmsilçisi "Əl-Hilal"ın 200 milyon funt sterlinq məbləğində olan təklifini geri çevirmişdi.
Qeyd edək ki, Bruno Fernandeş hazırda "Mançester Yunayted"in kapitanıdır.

https://mail.qalaba.az//uploads/photo/quotmanchester-yunaytedquot-esas-oyunchusunu-itire-biler.webp