Kerem Aktürkoğlu “Fənərbaxça”da - RƏSMİ

Kerem Aktürkoğlu “Fənərbaxça”da - RƏSMİ

"Fənərbaxça" daha bir transfer reallaşdırıb.

QELEBE.AZ xəbər verir ki, klub Kerem Aktürkoğlunu rənglərinə bağlayıb.

Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

26 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Onun son klubu "Benfika" olub.

Qeyd edək ki, Aktürkoğlu daha öncə "Qalatasaray"da çıxış edib.