"Fənər"dən "Spartak"a - RƏSMİ
"Fənərbaxça"nın futbolçusu Aleksandr Ciku karyerasını Rusiyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Spartak"a transfer olub.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, "sarı-lacivərdlilər" oyunçunun keçidindən 2,5 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Qana millisinin üzvü olan Ciku 2023-cü ildən "Fənərbaxça"da çıxış edirdi.

https://mail.qalaba.az//uploads/photo/quotfenerquotden-quotspartakquota-resmi.webp